"Hazırda 21 STEAM mərkəzi fəaliyyət göstərir".
APA xəbər verir ki, bunu Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov bildirib.
“41 məktəb və 6 min şagirdi əhatə edən bu layihə 300 mindən çox şagirdi, 400 mindən çox məktəbi özündə birləşdirir. Qazaxstan, Özbəkistan və Qırğızıstanda STEAM layihələrinin təşkilinə və STEAM mərkəzlərinin qurulmasına nail olmuşuq”, - o bildirib.
İqrar Nəzərov qeyd edib ki, 5 il ərzində 25 mindən çox iştirakçı festivalda qeydiyyatdan keçib: “Ən çox qeydiyyat bu il olub. 21 ölkədən 5 mindən çox xarici vətəndaş qeydiyyatdan keçib".
O həmçinin bildirib ki, Qarabağ Universitetinin tələbələri də bu yarışa qoşulub.