AZ

Müjdat Muratoğlu: “Qarabağ”ın uğurunun sirri Qurban Qurbanovdur” VİDEO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli futbol şərhçisi Müjdat Muratoğlu “Qarabağ” FK-nın Avropadakı uğurlarını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, o, Ağdam klubunun yalnız Azərbaycanı deyil, Türkiyəni də qürurlandırdığını bildirib.

Muratoğlu xüsusilə baş məşqçi Qurban Qurbanovun roluna diqqət çəkərək, komandanın yüksəlişində ən böyük pay sahibinin məhz o olduğunu vurğulayıb.

Şərhçi bildirib ki, Qurban Qurbanovun idarəçilik üslubu, komandaya aşıladığı xarakter və uzunmüddətli futbol fəlsəfəsi “Qarabağ”ın bu gün əldə etdiyi uğurların əsas səbəblərindəndir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
icma.az

2Mənbələr