AZ

Faciəvi şəkildə ölən ana və iki övladının FOTOSU

İstanbulda qida zəhərlənməsi səbəbindən baş verən faciə ilə bağlı istintaq genişləndirilib. Hadisə ilə əlaqədar daha bir neçə nəfərin ifadəsi alınıb və saxlanılanların ümumi sayı 11 nəfərə yüksəlib.

Hadisə Beşiktaşda yerləşən bir restoranda ailənin nahar etməsindən sonra baş verib. Yemək qəbulundan sonra özlərini pis hiss edən ailə üzvləri Fatihdə qaldıqları hoteldən təcili şəkildə xəstəxanaya aparılıb. Lakin göstərilən tibbi yardıma baxmayaraq, həkimlər ana Çiğdem Böcek, eləcə də onun iki uşağı Kadir Muhammet və Masal Böcekin həyatını xilas edə bilməyib.

Ailənin atası Servet Böcek isə hələ də xəstəxanada müalicə olunur. Onun vəziyyətinin stabilləşdirilməsi üçün həkimlər bütün tədbirləri gördüklərini bildiriblər.

İstintaq orqanları faciənin səbəblərinin dəqiq müəyyən edilməsi üçün həm restoran, həm də digər əlaqəli şəxslər üzərində araşdırmaları davam etdirir.

Musavat.com

Seçilən
11
1
editor.az

2Mənbələr