AZ

Norveç millisi 27 illik həsrətə son qoydu - ARENA.AZ

Futbol üzrə Norveç millisi DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində İtaliyanı 4:1 hesabı ilə məğlub edərək mundiala vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, qarşılaşma İtaliyanın Milan şəhərində baş tutub.

Oyunda hesabı meydan sahiblərinin hücumçusu Françesko Espozito (11-ci dəqiqə) açıb. Amma matçın sonlarında ardıcıl 4 qol vurmuş qonaqlar əzmkar və möhtəşəm qələbəyə seviniblər. Qalib komandanın qollarını Antonio Nusa (63-cü dəqiqə), Erlinq Haland (78, 80) və Yorgen Larsen (90+3) vurublar.

Beləliklə, Norveç yığması keçirdiyi 8 oyunun hamısından qələbə ilə ayrılmaqla I qrupunu 24 xalla lider kimi başa vurub. İtaliya millisi isə 18 xalla ikinci yeri tutub. “Skuadra adzurra” DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off görüşlərində iştirak edəcək.

Qeyd edək ki, Norveç millisi 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Sözügedən komanda 1938-ci və 1994-cü illərdə keçirilmiş dünya çempionatlarında da iştirak edib. Bir sözlə, bu, norveçlilərin dördüncü mundialı olacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
26
50
arena.az

10Mənbələr