Futzal üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın səfərdə keçirəcəyi oyunun məkanı və başlanma saatı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz dekabrın 5-də “Benfika” ilə Lissabondakı “Pavilhao Fidelidade” Arenada üz-üzə gələcək.
Görüşün start fiti Bakı vaxtı ilə saat 21.30-da veriləcək. Arena 2400 azarkeş tutumuna malikdi.
Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma noyabrın 24-də, saat 20.00-da, Bakı İdman Sarayında keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta