AZ

AFFA-nın istədiyi futbolçu seçimini etdi: Atamın azərbaycanlı olmasına hörmətlə yanaşıram, amma...

BAKI, 17 noyabr. TELEQRAF

AFFA-nın milliləşdirmək istədiyi Rusiyanın "Dinamo Moskva" klubunun futbolçusu Ülvi Babayev yığma komanda seçimini edib.

Teleqraf-ın məlumatına görə, 21 yaşlı hücumçu bu barədə "Championat.com" saytına açıqlama verib.

"Atamın azərbaycanlı olmasına hörmətlə yanaşıram, amma mən Rusiyada anadan olmuşam. Heç kim mənə bu məsələ ilə bağlı yaxınlaşmayıb və mən bu barədə heç düşünməmişəm də. Mənim öz məqsədlərim və istəklərim var. Özümü yalnız Rusiya milli komandasında görürəm", - deyə Babayev bildirib.

Qeyd edək ki, Ülvi Babayev hazırda Rusiyanın U-21 yığmasında çıxış edir.

Seçilən
104
teleqraf.com

1Mənbələr