AZ

Mehdiyevlə Həsənovun arvadları gizli görüşlərində ermənicə danışırmış? – Açıqlama

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP Ağsaqqallar Şurasının üzvü Əli Həsənov Xural TV-nin rəhbəri Əvəz Zeynallının onun həyat yoldaşının erməni dilində danışdığı və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin erməni əsilli arvadı ilə Mehdiyev vəzifədə olarkən vaxtaşırı Badamdardakı villada görüşlər keçirdiyi, görüşlərdə erməni dilində danışdıqları, ermənilərlə qohum olan şəxslərin vəzifələrə irəli çəkilməsi istiqamətində iş apardıqları haqda dediklərinə cavab verib.

Təkzibini əlyazma formasında musavat.com-a göndərən Əli Həsənov qeyd edib ki, Əvəz Zeynallının dedikləri onun ailəsinə qarşı şər-böhtandır:
“Xural TV-nin rəhbəri Əvəz Zeynallı Ramiz Mehdiyevdən danışarkən mənim ailəmin guya Ramiz Mehdiyevin ailəsi ilə erməni dilində danışdığını deyir və guya Badamdarda villa tikintisində işləyən fəhlənin ona dediklərinə istinad edir. Sonra deyir ki, bilmirəm o fəhlə sağdı, ya ölüb və hətta həmin fəhləyə təşəkkür edir. Əvvəla, mənim ailəm Ramiz Mehdiyevin ailəsinin heç üzünü də görməyib və erməni dilində bir söz də bilmir. Mənim Badamdarda heç bir villam yoxdur. Ailəm isə Qarabağlıdır-Ağcabədidə dünyaya göz açıb. Əvəz Zeynallının dedikləri ifrat dərəcədə şər və böhtandır. O birinci dəfə deyil mənim ünvanıma şər-böhtan danışır. Özü də sifarişlə”.
Seçilən
268
13
yenilik.az

10Mənbələr