AZ

Qəbələdə tövlədə 10 ton ot bağlaması yanıb

Qəbələ rayonunun Nic qəsəbəsində tövlədə 10 ton ot bağlaması yanıb.

Bu barədə Missiya.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan tövlənin yanar konstruksiyaları 40 kvadratmetr sahədə və damına yığılmış 14 ton ot bağlamasından 10 tonu yanıb.

Tövlənin və otun qalan hissəsi, eləcə də yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Seçilən
38
7
missiya.az

10Mənbələr