AZ

Bütün ödəniş sistemlərinin rəqəmsallaşdırılması və nağdsız ödənişin təşviq olunması müsbət haldır

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Kartlarla və NFC vasitəsilə ödəniş imkanları gündəlik həyatı xeyli asanlaşdırır. Şəxsən özüm də bu sistemlərdən istifadə edirəm və çox rahatdır”.Bu fikirləri nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib.Ekspert əlavə edib ki, smartfonlar və internet artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib:“Bəzən deyilir ki, insanlar susuz və havasız yaşaya bilər, amma internetsiz yaşamaq getdikcə çətinləşir. Bu baxımdan, əksər insanlar internetə çıxış imkanına malikdir. Kart vasitəsilə marketdə və ya metroda ödəniş zamanı internet tələb oluna bilər, xüsusilə də bu əməliyyatlar telefondakı rəqəmsal cüzdanla həyata keçirilirsə. Lakin fiziki kartın özü NFC funksiyası ilə təchiz olunubsa, bu zaman internet olmadan da sadəcə kartı terminala yaxınlaşdıraraq ödəniş etmək mümkündür. Yəni, bu sistemdə ciddi bir problem görmürəm. Bütün ödəniş sistemlərinin rəqəmsallaşdırılması və nağdsız ödənişin təşviq olunması müsbət haldır. Bu, həm insanlara rahatlıq gətirir, həm də vaxt itkisini azaldır. Pul və xırda daşımaq zərurəti aradan qalxır. BakıKart və digər alternativ sistemlərin paralel işləməsi də bu sahədə inkişafın göstəricisidir”.Leyla Turan 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
90
48
demokrat.az

10Mənbələr