Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununa çıxıb.
Far.Az xəbər verir ki, yığma ev sahibi komandanı 21:8 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan qrupdakı ikinci matçını da bu gün keçirəcək. Komanda Bakı vaxtı ilə saat 22:10-da Türkiyə seçməsi ilə üz-üzə gələcək