AZ

İrəvanda banka basqın edildi

İrəvanda "BTB Bank"ın filiallarından birinə silahlı basqın edilib.

Modern.az xəbər verir ki, banka daxil olan silahlı şəxsin üzərində "Əgər pulumu geri verməsəniz, 20 saniyəyə hər şeyi partladacağam" sözləri yazılmış plakat olub.

Məlumata görə, hüquq-mühafizə orqanları hadisə yerinə çatana qədər cinayətkar pulu götürərək qaçıb.

Bankdan oğurlanan məbləğin 1 milyon dramdan (təxminən 4 454 manat) çox olduğu bildirilir.

Seçilən
30
4
modern.az

10Mənbələr