AZ

Milli Müdafiə Universitetinin nümayəndə heyəti İtaliyada səfərdədir

BAKI, 18 noyabr. TELEQRAF

İtaliyada səfərdə olan Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzini ziyarət edib.

Teleqraf xəbər verir ki, mərkəzin direktoru general-polkovnik Stefano Mannino Azərbaycan nümayəndə heyətini salamlayaraq onları ölkəsində qəbul etməkdən məmnunluq duyduğunu bildirib. O, iki ölkə arasında hərbi təhsil sahəsində artıq formalaşmış əməkdaşlığın etibarlı tərəfdaşlıq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.

General-mayor Gündüz Əbdülov qonaqpərvərliyə görə təşəkkür edərək, keçirilən görüş və müzakirələrin hər iki ölkənin hərbi təhsil sahəsində mövcud əməkdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib. O, qarşılıqlı təcrübə mübadiləsinin gələcək birgə fəaliyyət üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüş zamanı Azərbaycan nümayəndə heyətinə İtaliyanın Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzinin yaranma tarixi, tədris sistemi, strateji hədəfləri və əsas fəaliyyət istiqamətləri barədə geniş təqdimat edilib. Heyəti maraqlandıran suallar ətraflı cavablandırılıb.

Səfərin sonunda general-mayor Gündüz Əbdülov xatirə kitabına öz fikirlərini yazıb.

Seçilən
74
teleqraf.com

1Mənbələr