AZ

BDYPİ dən ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə MÜRACİƏT

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötmə qaydalarının pozulması respublika yollarında baş verən ağır və faciəvi nəticəli yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri olaraq qalır. Belə qəzaların baş verməsinə çox zaman yüksək sürət, riskli manevrlər və sürücülərin yolun real vəziyyətini düzgün qiymətləndirməməsi səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə ünvanladığı müraciətdə bildirilib.

Qeyd edilib ki, xüsusilə əks istiqamətli hərəkət zolağına çıxaraq aparılan təhlükəli ötmə qarşı-qarşıya toqquşmalara səbəb olur ki, belə hallarda nəqliyyat vasitələrinin sürətləri bir-birinə doğru yönəldiyi üçün zərbə qüvvəsi dəfələrlə artır və nəticələr çox vaxt faciəvi olur.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, ötmə yalnız yol nişanlarının icazə verdiyi yerlərdə aparılmalı, əks istiqamətli hərəkət zolağına çıxmazdan əvvəl qarşıdan gələn nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, təhlükəsizlikdən tam əmin olduqdan sonra bu proses icra edilməlidir.

Unutmayaq ki, yollarda təhlükəsizliyin əsas şərti diqqət, məsuliyyət və ehtiyatlı davranışdır.Qaydalara əməl etmək özümüzü və başqalarını qorumağın ən sadə yoludur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
17
bakivaxti.az

10Mənbələr