![]()
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün İspaniyaya, noyabrın 19-da isə Türkiyəyə səfər edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Facebook” sosial media hesabında məlumat yayıb.
Zelenski bu gün Madriddə İspaniyanın Baş naziri Pedro Sançeslə görüşəcəyini bildirib.
Ukrayna lideri Türkiyədə keçirəcəyi görüşlərin mövzusunu belə şərh edib:
"Biz danışıqları intensivləşdirməyə hazırlaşırıq və tərəfdaşlara təklif edəcəyimiz həll yolları hazırlamışıq. Bütün gücümüzlə müharibənin sonunu yaxınlaşdırmaq Ukraynanın birinci prioritetidir. Biz həmçinin mübadilələrin və əsirlərin qaytarılmasının bərpası üzərində işləyirik", - deyə Zelenski vurğulayıb.
Daşqın HəsənovMissiya.Az