Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.
KONKRET.az xəbər verir ki, Zelenski səfərin 19 noyabrda baş tutacağını açıqlayıb.
Zelenski danışıqların intensivləşməsinə hazırlaşdıqlarını bildirib:
“Tərəfdaşlara təklif edəcəyimiz inkişaf etmiş həllərimiz var. Müharibənin sonunu yaxınlaşdırmaq Ukraynanın ilk prioritetidir. Həm də mübadilələri bərpa etmək və məhbusları geri qaytarmaq üçün çalışırıq”.