AZ

Yusif İmanov Kosova klubundan niyə ayrılıb? SƏBƏB İdmanXəbər

Idmanxeber.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanlı qapıçı Kosova klubu “Malışeva”dan ayrıldığından xəbərdarsınız. Artıq qapıçının yeni komandası da bəllidir.

Millimizin sabiq üzvü karyerasını “Kəpəz”də davam etdirəcək. 

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, İmanovun Kosova klubundan ayrılmasının əsas səbəbi maliyyə ilə bağlıdır. Belə ki, qapıçı aylardır “Malışeva”da maaş ala bilmir.

Bu səbəbdən də o, komandadan ayrılmaq qərarına gəlib.

“Kəpəz”in qapıçı axtarışı isə Yusif üçün yaxşı fürsət olub. O, dərhal “sarı-göylər”lə razılaşıb.

Təcrübəli qapıçı qış transfer dönəmində Gəncə təmsilçisi ilə rəsmi müqavilə bağlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
idmanxeber.az

2Mənbələr