"Liverpul" fransalı müdafiəçisi İbrahima Konateyə müqavilə müddətini uzatmaq üçün son təklifini edib.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi başqa bir təklif verməyi düşünmür.
Bu barədə "Sky Sport" məlumat yayıb.
Konatenin mövcud sözləşməsi gələn ilin yayında başa çatır.
O, 2021-ci ildən "qırmızılar"da çıxış edir.
Fransalı futbolçu burada 148 oyuna çıxıb və 6 qol vurub.