Rusiya noyabrın 19-da Türkiyədə Ukrayna ilə keçiriləcək danışıqlarda iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Xeyr, sabah Türkiyədə Rusiyanın nümayəndələri olmayacaq. Hələlik bu təmaslar Rusiyanın iştirakı olmadan həyata keçirilir”, – o deyib.
Peskov qeyd edib ki, Rusiya danışıqlara açıqdır və mövqeyi Kiyev, İstanbul və Vaşinqtonda məlumdur.
O, həmçinin vurğulayıb ki, Putin hazırda bu danışıqlar çərçivəsində ABŞ və Türkiyə nümayəndələri ilə görüşməyi planlaşdırmır.