Bakı, 18 noyabr, AZƏRTAC
Dekabrın 5-dən 11-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” tədbiri keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdən və digər ölkələrdən minlərlə yaradıcı insanı, mədəniyyət sahəsinin rəhbərlərini, dizaynerləri, kino nümayəndələrini və yenilikçi gəncləri bir araya gətirəcək.