AZ

Hacı İsmayılov: Dilimizi yad təsirlərdən qorumalıyıq

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan dili öz gözəlliyi, incəliyi, zənginliyi və ifadə imkanları ilə bir çox dillərdən seçilir. Bu dili qorumaq isə hər birimizin borcudur. Xüsusilə Azərbaycan mədəniyyəti və incəsənəti ilə məşğul olan insanlar dilin qorunmasına və inkişafına daha böyük həssaslıqla yanaşmalıdırlar. Çünki zaman-zaman dilimizə müxtəlif xarici sözlər daxil olub, halbuki onların Azərbaycan dilində daha gözəl qarşılıqları mövcuddur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov deyib.

“Biz aktyorlar və sənət adamları çalışırıq ki, həm Azərbaycan dilinin saflığını qoruyaq, həm də onun inkişafına xidmət edək. Təbii ki, bu gün bir neçə dili bilmək vacibdir — ingilis və rus dillərini bilmək qlobal dünyada ünsiyyət üçün çox önəmlidir. Lakin öz dilimizi də yad təsirlərdən qorumalıyıq. Azərbaycan dilində olan sözlərin yerinə alınma sözlərin işlədilməsi qəbuledilən deyil”, - deyə Xalq artisti diqqətə çatdırıb.

O əlavə edib ki, son vaxtlar istər televiziya kanallarında, istər digər platformalarda Azərbaycan dilində olmayan, yanlış tələffüz olunan ifadələrə tez-tez rast gəlinir. Bu hallar mütləq aradan qaldırılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
azertag.az

2Mənbələr