AZ

Məmmədli kəndində yararsız avtobuslar yanıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinəAbşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumatdaxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından MühafizəXidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə parkedilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğınyayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkanverilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədiyanıb.

Digər avtobuslar yanğından mühafizə olunub.

Seçilən
26
24
az.trend.az

10Mənbələr