AZ

Zədələnən Şahruddin Məhəmmədəliyevin son durumu – “Qarabağ”dan açıqlama

Azərbaycan milli komandasının və “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib.

DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə(1:3) görüşünün birinci hissəsində zədələnən Şahruddin fasilədə Aydın Bayramovla zədələnib.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Bizim.Media-ya verdiyi məlumata görə qapıçı təxminən 2 ay yarım yaşıl meydanlardan kənarda qalacaq:

“Şahruddinin vəziyyəti ciddidir. Həkimlərin müayinəsinə görə o, qasığından zədələnib. Ona görə də 2 ay yarım futbol oynaya bilməyəcək”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
44
1
bizim.media

2Mənbələr