AZ

“Amerika” adlı qızıl unitaz hərrəca çıxarılır: ilkin qiymətləndirmə fantastikdir

“Sotheby’s” hərrac evi, məşhur italyan rəssamı Maurizio Cattelan tərəfindən yaradılan, təxminən 101 kiloqram ağırlığında 18 karatlıq qızıl unitazı hərraca çıxarmağa çalışacaq. Unitazın adı “Amerika”dır və tam funksionaldır.
Başlanğıc təklif qiymətləndirmə təxminən 10 milyon dollardır. Hərracın saat 19:00-da başlaması planlaşdırılır.

Əvvəllər bildirilirdi ki, Fransa imperatoru I Napoleona məxsus olan və Vaterloo döyüşündən geri çəkilərkən arabasında qoyduğu brilyant broş hərracda 3,5 milyon İsveçrə frankına (4,4 milyon dollar) satılıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
48
editor.az

1Mənbələr