AZ

Kollinyon Davis Kubokunun 1/4 finalında Muti üzərində qələbə qazandı

Dünya reytinqində 86-cı sırada qərarlaşan belçikalı tennisçi Rafael Kollinyon 2025-ci il Davis Kubokunun 1/4 final mərhələsinin ilk matçında qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, o, Fransanı təmsil edən Korentin Muti ilə qarşılaşmada üç setdə çətin qələbə əldə edib – 2:6, 7:5, 7:5.

Oyun 2 saat 29 dəqiqə davam edib. 

Qeyd edək ki, Davis Kubokunun hazırkı qalibləri italiyalı tennisçilərdir. Onlar 2023 və 2024-cü illərdə ardıcıl olaraq titul qazanıblar.

Seçilən
36
90deqiqe.az

1Mənbələr