Dünya reytinqində 86-cı sırada qərarlaşan belçikalı tennisçi Rafael Kollinyon 2025-ci il Davis Kubokunun 1/4 final mərhələsinin ilk matçında qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, o, Fransanı təmsil edən Korentin Muti ilə qarşılaşmada üç setdə çətin qələbə əldə edib – 2:6, 7:5, 7:5.
Oyun 2 saat 29 dəqiqə davam edib.
Qeyd edək ki, Davis Kubokunun hazırkı qalibləri italiyalı tennisçilərdir. Onlar 2023 və 2024-cü illərdə ardıcıl olaraq titul qazanıblar.