AZ

"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 18-də "LIBRAFF” kitab mağazaları şəbəkəsinin “ParkAkademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və GülarəƏmirovanın həmmüəllifi olduqları "Azərbaycan dilini öyrənirik"kitabının təqdimat mərasimi keçirilib.

Trend xəbər verirki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirakediblər.

Təqdimat mərasimində çıxış edən kitabın həmmüəllifi SəbinəƏliyeva kitabın 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulduğunu,ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrindəyetişən uşaqlara, o cümlədən Azərbaycandan kənarda yaşayan balacahəmyerlilərimizə ana dilini öyrətmək, dilimizə qarşı sevgi oyatmaq,öz dilimizdə ünsiyyət qurmaq bacarıqlarını uşaq yaşlarındanformalaşdırmaq məqsədi daşıdığını deyib: "Bu kitabı hazırlamaqdaəsas hədəflərdən biri Azərbaycan dilini öyrətməklə yanaşı,ölkəmizin milli dəyərlərinə, mədəniyyətinə bağlılıq yaratmaqdır.Kitab ümumilikdə 8 bölmədən ibarətdir və müxtəlif mövzulara həsrolunub. Kitabın ən maraqlı xüsusiyyətlərindən biri şəkillərəsasında hazırlanmasıdır. Həmin yaş qrupunda olan uşaqlardaoxu-yazı bacarığı hələ formalaşmır. Ona görə də balacaların qavramaxüsusiyyətləri nəzərə alınaraq mövzular şəkillərlə izah olunub. Biryandan da şəkillərlə öyrənmə prosesi daha əyləncəli və yaddaqalanedir. Ən maraqlı cəhətlərdən biri “dinləyək və öyrənək”rubrikasıdır. Burada Azərbaycan şairlərinin şeirləri audioformatşəklində, yəni QR kod vasitəsilə səsli versiyada oxutdurulur.Bununla yanaşı, kitaba uşaqların erkən yaşda ilkin ünsiyyətbacarıqlarını inkişaf etdirmək üçün ən zəruri olan ifadələr,sözlər, cümlələr daxil edilib ki, burada da məqsəd öyrənməprosesini daha sistemli şəkildə həyata keçirməkdir. Məlum olduğukimi, həmin yaş qrupundan olan uşaqlara yazılı söz və ifadələr,həmçinin şeirlər müəllimlər və valideynlər tərəfindən səsləndirilirvə öyrədilir. Kitabda bir növ müəllim və valideynlərə istiqamətverilir".

Kitabın redaktoru professor Sevinc Əliyeva üçillik zəhmətinbəhrəsi olan həmin kitabın dilimizə sevgi, dəyərlərimizə bağlılığınifadəsi olduğunu bildirib. O, nəşri xaricdə yaşayan və böyüyənazərbaycanlı uşaqların da sevimli kitabına çevriləcəyinə inamınıifadə edib.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrəprorektoru Jalə Qəribova, yazıçı, şair, pedaqoq, professor ZahidXəlil, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Göyərçin" jurnalınınbaş redaktoru, professor Rafiq Yusifoğlu, Abdulla Şaiqin nəvəsi vəev-muzeyinin direktoru Ülkər Talıbzadə çıxış edərək Prezident İlhamƏliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinəhəsr olunmuş yığıncaqda çıxışı zamanı nitqindən fikirlərixatırladıblar. Bildirilib ki, ölkə başçısının vurğuladığı kimiAzərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycanvətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər,yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar buməsələyə çox böyük diqqət verməlidirlər. Çıxış edənlər Azərbaycandilinə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib, buistiqamətdə atılan addımlardan bəhs ediblər.

Natiqlər "Azərbaycan dilini öyrənirik" kitabını tədris vasitəsikimi yüksək qiymətləndirib, uşaqların doğma dilimizdədüşünüb-danışmağı sadə və anlaşılan şəkildə öyrənməsi üçün faydalıolacağına və bu cür layihələrin davamlı xarakter alacağınainamlarını ifadə ediblər.

Tədbir zamanı, həmçinin bədii hissə nümayiş etdirilib, kitabadaxil edilən şeirlərdən bir neçəsi QR kod vasitəsiləsəsləndirilib.

Seçilən
24
17
az.trend.az

10Mənbələr