AZ

“Neftçi”dən 12, “Araz” və “Baku Fire”dan 14 qolluq “ŞOU”!

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) VII turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, tura lider “Neftçi” ilə gənclərdən ibarət millinin oyunu ilə start verilib.

Start fitini isə Avropa çempionatının final mərhələsində idarəçilik edəcək FİFA referisi Hikmət Qafarlı səsləndirib.

Fasiləyədək rəqib qapısına 4 cavabsız qol vuran “ağ-qaralar” ikinci hissədə də fərqi artıraraq böyük hesablı qələbə qazanıb.

İkinci görüşdə “Baku Fire” son pillədə olan “Lənkəran”ı məğlub edərək xalını artırıb.

Tura son çempionun böyük hesablı qələbəsi ilə yekun vurulub. Bu oyunu “qırmızı-ağlar”ın Çempionlar Liqasında “Benfika” ilə hazırlıq matçı da adlandırmaq olar.

Neftçi İK – U-19 - 12:4

Qollar: Hadi Ahmadi, 4:56, 35:02, Nihad İsmayılov, 12:31, 26:56, 33:20, Allef Maiolli, 14:57, Turan Azayev, 16:48 (ö/q), İaqo Henrique, 23:24, 27:46, 31:04, 39:49, Fərid Atakişiyev, 39:38 // Pünhan Qasımzadə, 25:11, 30:20, İsmayıl Əhmədov, 27:17, Oqtay Mahmudzadə, 28:10

Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov

Sarı vərəqə: Lukas Ramos, 28:07

Baku Fire – Lənkəran - 14:2

Qollar: Fərid Abbasov, 1:19, 14:35, 24:15, 39:59, Novruz Kazıxanov, 3:30, 21:20, 30:12, Məhəmməd Abbasov, 6:05, 17:17, Ramazan Atakişiyev, 22:41, Nurlan Məmmədov, 36:54, Rüfət Məmmədli, 37:39, 39:44, Elşən Mahmudov, 38:08 // Ümid Qəhrəmanov, 10:47, Elşən Mirzəzadə, 34:03

Hakimlər: İmran Məhərrəmov, Elgün Hüseynov, Anar Fərəcov

Sarı vərəqələr: Ümid Qəhrəmanov, 11:20, Rasim Əhmədov, 14:33, Arzu Abbasov, 29:56, Şahin Xəlilov, 36:52, Elmir Xəlilov, 39:11

Araz-Naxçıvan – Şuşa - 14:2

Qollar: Aleks Teixeira, 3:08, 34:32, Luicci Longo, 3:48, 17:14, 27:09, Ülvi Əliyev, 6:04, 26:55, 38:32, Jean Perruzo, 8:30, Filipe De Lima, 9:52, Ədalət Ələkbərov, 13:43, 15:54, Qüdrət Qasımzadə, 19:58, Karlos Bertuola, 22:00 // Rüstəm Bağırov, 23:33, 37:48

Hakimlər: Ramil Namazov, Mahir Məmmədov, Nahid Bağırov

Sarı vərəqələr: Mirzə Əmirov, 30:11 // Adil İsmayılov, 17:52

Bombardirlər:

Luicci Longo ("Araz-Naxçıvan") - 13 qol

Allef Maiolli ("Neftçi" İK) - 13 qol

İaqo Henrique ("Neftçi" İK) - 13 qol

Seçilən
74
sportinfo.az

1Mənbələr