AZ

Rusiya təxribatları dayanmayacaq

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

"Rusiya Azərbaycana məxsus AZAL mülki təyyarəsini vurmaqla, rəsmi Bakının müstəqil siyasət aparmasına qarşı idi. Bununla Moskva sakit durmadı. Ukraynada Azərbaycana aid olan neft-qaz məntəqələrini atəşə tutdu".Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Düşənbədə V. Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə üzr istəsə də fundamental problemlər qalmaqda idi:"Məhz Kiyevdə Azərbaycan səfirliyinə atəş açılması Rusiyanın açıq şəkildə Azərbaycanın apardığı siyasəti hədəf aldı. Rusiya təxribatları dayanmayacaq. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycana kinlidir. Rusiyanın növbəti təxribatları istisna deyil. Rusiya həm Avropanı, həm də Cənubi Qafqazı hədəf alıb. Azərbaycan Türkiyə və Pakistanla üçtərəfli hərbi pakt imzalamalıdır. Rusiya Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətinə dözümlü yanaşmayacaq".Anar Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
newscenter.az

2Mənbələr