AZ

Türkiyənin danışdığı ailənin son görüntüləri Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulun Fatih rayonunda həyatını itirən dördnəfərlik Böcek ailəsinin taksi ilə xəstəxanaya getməsinin son görüntüləri üzə çıxıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

12 noyabrda ailəni tələsik götürdüyünü deyən taksi sürücüsü kiçik qızın yol boyu daim qusduğunu, ananın isə huşsuz vəziyyətdə olduğunu, başının pəncərəyə söykəndiyini söyləyib.

O, həmçinin, ata Sərvət Böcekin “Hər dəfə İstanbula gələndə başıma pis bir şey gəlir” deyə şikayət etdiyini də qeyd edib.

Qeyd edək ki, ailənin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizanın ilkin rəyi açıqlanıb. 

Məlumata görə, Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin hesabatında ailənin hoteldə kimyəvi maddəyə məruz qalaraq zəhərlənməsi ehtimalının daha yüksək olduğu, qida zəhərlənməsi versiyasının isə zəif qiymətləndirildiyi bildirilib.

Xatırladaq ki, hadisə ilə bağlı ümumilikdə 11 nəfər saxlanılıb, onlardan dördü isə məhkəmənin qərarı ilə həbs edilib.

Əlavə edək ki, Almaniyadan gələn Böcek ailəsinin üzvləri noyabrın 12-də Fatihdəki hoteldən xəstəxanaya aparılmış, əvvəlcə uşaqlar və ana, daha sonra isə ata Servet Böcek həyatını itirmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
112
1
qafqazinfo.az

2Mənbələr