AZ

Bankçılıqda ciddi texnoloji məhdudiyyətlər mövcuddur- Cəlal Orucov

Azərbaycanda rəqəmsal ekosistemində süni intellekt və süni zəka alətlərinin tətbiqi üzrə proseslər sürətlənir. Bunu “Paşa bank" ASC-nin idarə heyətinin üzvü Cəlal Orucov deyib.

“Bazarda hələ də ciddi texnoloji məhdudiyyətlər mövcuddur. İlk məhdudiyyət mövcud avadanlıqlarla bağlıdır. Ölkədə GPU sayının kifayət qədər olmaması süni intellekt əsaslı xidmətlərin geniş şəkildə tətbiqini ləngidir. Bu səbəbdən müxtəlif xidmət ssenarilərinin (use-case) tam şəkildə işə salınmasında çətinliklər yaranır. Həm dövlət, həm də özəl sektor bu sahədə aktiv addımlar atır. “AzIntelecom” tərəfindən də yüksək səviyyəli avadanlıqların ölkəyə gətirilməsi üçün sərmayələr yatırıldığı, bu avadanlıqların gələcəkdə özəl sektora təqdim olunacağı bildirilir”,- o bildirib.

Onun aözlərinə görə, ikinci məhdudiyyət isə bulud texnologiyalarının istifadəsi ilə bağlıdır.

“Xüsusilə şəxsi məlumatların emalı tələb olunan xidmətlərdə bulud infrastrukturlarından istifadə müəyyən məhdudiyyətlərlə tənzimlənir. Bu da süni intellekt və digər rəqəmsal xidmətlərin inkişaf tempini aşağı salır. bu sahədə Azərbaycan bəzi ölkələrlə müqayisədə geri qalır. Dünyada artıq bir sıra banklarda əsas bank əməliyyatları belə bulud texnologiyaları üzərindən idarə olunur. Azərbaycanda isə bu keçid daha ehtiyatlı şəkildə həyata keçirilir",- o bildirib.

Aytac

Seçilən
16
anews.az

1Mənbələr