AZ

“Komandada istəyi görə bilirik, amma futbolçu keyfiyyəti sözünü deyir”

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsini bir xalla başa vurub. Yığma 6 oyunda 5 dəfə uduzub, 1 dəfə heç-heçə edib.

Millinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Komandanın son oyunlarında istək var. Hiss olunur ki, nəsə etməyə çalışırlar. İstədiyimiz istəyi görə bilirik, amma futbolçu keyfiyyəti sözünü deyir. Futbolda tək istəməklə nəsə etmək olmur”.

Mütəxəssis millidə çıxış edən oyunçuların klublarında az oynamalarına toxundu:

“Problem oyunçuların praktikasının azlığındadır. Bütün mövqelərdə axsamalar var. Oyunçular klublarında oynamadığı üçün meydanda maksimum 60 dəqiqə yaxşı mübarizə apara bilir. Bundan sonra fiziki cəhətdən dözmürlər. İstəsələr də, çalışsalar da artıq alınmır. İlk növbədə bu məsələni həll etmək lazımdır. Klublar da millidə çıxış edənlərə daha çox şans verməlidir”.

Mircavadov legioner limitinin ləğvinin təsirinə toxundu:

“Limit gec-tez ləğv olunacaqdı. Sadəcə biz indi buna hazır deyildik. Klublar eyni səviyyədə olsa belə, legionerə üstünlük verir. Çünki müəyyən məbləğ qarşılığında transfer ediblər və oynatmalıdırlar. Bu məsələni həll etmək lazımdır. Legionerlərin də gətirilməsində müəyyən qaydalar olmalıdır”.

Mütəxəssis Ayxan Abbasovun millidəki işindən danışdı:

“Ayxanın təsiri hiss olunur. Futbolçular artıq bir-birinə, baş məşqçiyə hörmət edir. Yığmada komanda daxilində yaxşı atmosfer formalaşıb. Düşünürəm ki, Abbasovla yola davam edilməlidir. Qərarın necə olacağı haqda məlumatım yoxdur, amma istərdim ki, Ayxan işində qalsın”. 

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
futbolpress.az

1Mənbələr