AZ

Xalq artisti Roza Cəlilova dəfn olundu

Bu gün səhər saatlarında 96 yaşında dünyasını dəyişən Xalq artisti Roza Cəlilova Təzəpir məscidində keçirilən vida mərasimindən sonra “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

 

Senzor.az bildirir ki, vida və dəfn mərasimlərində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əməkdaşları və media mənsubları iştirak ediblər.

 

Xatırladaq ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirərək iki il M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib, 1965–1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib.

 

Roza Cəlilova uzun illər xoreoqraf kimi çalışıb və 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə geniş tanınıb. Onun repertuarında Azərbaycan milli rəqsləri ilə yanaşı ərəb, fars, hind və digər xalqların rəqsləri də yer alıb. Səhnə fəaliyyəti dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə çıxış edib.

 

Allah rəhmət eləsin!







Seçilən
12
16
senzor.az

10Mənbələr