AZ

Deputat: Büdcədə neft və qazın payının yüksək olması barədə fikirlər reallığı əks etdirmir

Büdcədə hələ də neft və qazın payının yüksək olması barədə fikirlər reallığı əks etdirmir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, gələn ilin büdcəsi cəmiyyətin hərtərəfli inkişafına xidmət edir: “Eyni zamanda büdcənin mühüm xüsusiyyətlərindən biri də qeyri-neft sektorunun payının bu dəfə daha yüksək faizlə təmsil olunmasıdır. Bu, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan addımların və qeyri-neft-qaz sektoruna yönəlmiş investisiyaların artıq bəhrə verdiyinin göstəricisidir. 2026-cı ilin büdcəsində hələ də neft və qazın payının yüksək olması barədə fikirlər reallığı əks etdirmir. 2026-cı il dövlət büdcəsində qeyri-neft-qaz sektorunun payı 57.4 faiz təşkil edəcək. Büdcə gəlirlərinin 57.4 faizi, vergi daxilolmalarının isə 78.7 faizi məhz qeyri-neft-qaz mənbələri hesabına formalaşacaq. Bu isə iqtisadiyyatımızın və dövlət büdcəsinin dayanıqlığını təsdiq edir.

Seçilən
60
apa.az

1Mənbələr