AZ

Ukrayna üçün güzəştli silh planı hazırlanır Rubio təsdiqlədi

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Ukrayna üçün yeni sülh planı üzərində işlədiyini etiraf edib.Modern.az xəbər verir ki, Rubio bu barədə özünün X sosial media səhifəsində yazıb.

O qeyd edib ki, belə bir "mürəkkəb və ölümcül müharibəyə" son qoymaq üçün güzəştlər, ciddi, real fikir mübadiləsi tələb olunur.

"Davamlı sülhə nail olmaq üçün hər iki tərəfin çətin, lakin zəruri güzəştlərə razılaşması tələb olunur. Buna görə də biz hər iki tərəfin fikirlərinə əsaslanaraq bu müharibəyə son qoymaq üçün potensial təkliflərin siyahısını hazırlayırıq və buna davam edəcəyik".

Rubionun sözlərinə görə, Vaşinqtonun səyləri həm Moskva, həm də Kiyevdən gələn təkliflərə əsaslanır.

“Axios” portalı həm Rusiya, həm də Amerika mənbələrinə istinadən ABŞ-ın Ukraynadakı münaqişənin həlli üçün yeni bir plan hazırlamaq üçün Moskva ilə "gizli məsləhətləşmələr" apardığını yazıb.Portalın məlumatına görə, strategiya dörd əsas kateqoriyaya bölünən 28 bənddən ibarətdir: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri.Mənbə bildirib ki, planın hazırlanmasına Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir və o, artıq konsepsiyanı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə müzakirə edib.Bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə danışıqlardan sonra Ukrayna üzrə İstanbul Prosesinin bərpasına çağırıb. Buna cavab olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukrayna nizamlanması ilə bağlı danışıqlara hazır olduğunu bildirib və danışıqlar prosesindəki fasilənin Kiyevin günahı olduğunu əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
40
modern.az

10Mənbələr