AZ

Parisdəki Grevin muzeyində şahzadə Diananın mumdan hazırlanmış heykəl fiquru qoyulub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 20 sentyabr, AZƏRTAC

Parisdəki Grevin Muzeyi noyabrın 20-də yeni bir ulduzun cazibəsini təqdim edib. Burada şahzadə Diananın mumdan hazırlanmış heykəl-fiquru qoyulub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Londondakı Madam Tüsso muzeyinə bənzər şəkildə Parisin mərkəzində yerləşən Grevin Muzeyində Kral III Çarlz və onun mərhum anası Kraliça II Elizabetin də heykəl-fiqurları qoyulub. Amma Uels şahzadəsi Diananın 1997-ci ilin avqustunda avtomobil qəzasında həlak olduğu şəhərlə faciəvi əlaqəsinə baxmayaraq, burada onun heykəli olmayıb.

Mumdan hazırlanmış heykəl-fiqurda şahzadə Diana 1995-ci ildə Çarlz ilə boşandığı zaman mediada qızğın müzakirələrə səbəb olan və dizayner Kristina Stambolyanın tikdiyi uzun qara donda təqdim edilib.

Grevin Muzeyinin açıqlamasında deyilir: “Parisdə faciəvi ölümündən 28 ildən çox vaxt keçməsinə baxmayaraq, Diana hələ də qlobal miqyasda özünəməxsus üslubu, insanlığı və müstəqilliyi ilə məşhur olan əsas fiqurdur. Bu don özünəinamın, qadın qətiyyətinin və yenilənmiş həyat tərzinin güclü bir obrazının ifadəsinə çevrilib”.

Şahzadə Diananın mumdan hazırlanmış heykəl-fiquru muzeyin günbəzinin altında moda xadimləri Jan Pol Qotye və Şantal Tomas, eləcə də 1793-cü ildə başı kəsilən mərhum Fransa kraliçası Mari-Antuanetta ilə birlikdə nümayiş etdiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
azertag.az

3Mənbələr