AZ

“Kəpəz” ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək – ARENA.AZ

“Kəpəz” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün 13-cü turundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qəbələ” və “Kəpəz” klubları arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb. Müqavilənin müddətinin uzadılmamasını, Gəncə klubunun müraciətini, “Karvan” tərəfinin razılıq məktubunu nəzərə alaraq, PFL Gəncə təmsilçisinin ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsinə icazə verib.

Xatırladaq ki, “Kəpəz” buna qədər ev matçlarını Qəbələ şəhər stadionunda keçirirdi. Gəncə təmsilçisi cari mövsümdə keçirdiyi 11 oyunun 10-da məğlub olub, cəmi 1 qələbəyə sevinib. 3 xala malik Nizami yurdunun təmsilçisi 12 iştirakçı arasında sonuncu yerdə qərarlaşıb.

Maraq üçün xatırladaq ki, “Karvan” da Yevlax şəhər stadionundakı ilk ev oyununu sabah gəncəlilərə qarşı keçirəcək. Yevlax təmsilçisinin öz arenası tələblərə tam cavab vermədiyi üçün rəqiblərini digər stadionlarda qəbul etməli olurdu.

Xəbəri istədiklərinizlə paylaşın
Seçilən
18
49
arena.az

10Mənbələr