Ermənistanda bütün dövlət qurumlarına bildirilib ki, noyabrın 22-də baş nazirin iştirakı ilə tədbirin keçiriləcəyi Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində bütün dövlət qulluqçuları olmalıdır.
Publika.az “Hraparak” qəzetinə istinadla xəbər verir ki, onlara xüsusi xəbərdarlıq edilib ki, tədbirə gəlməmək üçün hər hansı bir səbəb qəbul edilməyəcək və gəlməyənlər bağışlanmayacaq.
"Lakin bu mühüm hadisənin mahiyyəti ilə bağlı heç bir aydın izahat verilməyib", - nəşr yazır.
Dövlət qulluqçuları bu görüşün elan olunmamış seçki kampaniyası çərçivəsində təşkil olunduğundan şübhələnirlər.