AZ

“Lake Hotel”də ölən işçilərin adları məlum oldu

Noyabrın 21-də elektrik cərəyanından ölmüş şəxslərin adları məlum olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə paytaxtın Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"i yaxınlığında baş verib.

ÖLənlərinadları: 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov.

Onlar hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Telegram kanalımız
Seçilən
76
49
yenisabah.az

10Mənbələr