AZ

D-8 Media Forumunda “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” mövzusunda panel sessiya keçirilib

Bakı. Trend:

21 noyabr tarixində “Dialoqun, əməkdaşlığın və regionalhəmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 Media Forumuçərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya”mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.

Trend xəbərverir ki, panel müzakirəyə “AnewZ” beynəlxalq televiziya kanalınınbaş redaktor müavini Orxan Amaşov moderatorluq edib. BanqladeşMətbuat İnstitutunun Baş direktoru Faruk Vasif Omar, Misirin“Al-Ahram National Foundation” media qurumunun “Al-Ahram Weekly” və“Al-Ahram Online” nəşrlərinin baş redaktoru Ezzat İbrahim,İndoneziyadan rəqəmsal biznes və media innovasiyası üzrə ekspertFerdian, İrandan Press TV-nin Beynəlxalq əlaqələr üzrə direktoru,jurnalist Elham Abedini isə spiker qismində çıxış edərək müasirmedia mühitində məsuliyyətli informasiya istehsalı və rəqəmsaltransformasiyanın yaratdığı imkanlar barədə fikirlərinibölüşüblər.

Sessiya zamanı iştirakçılar rəqəmsal platformaların artan təsirifonunda dəqiq, yoxlanılmış və etibarlı məlumatların təqdimolunmasının əhəmiyyətini vurğulayıblar. Müzakirələrdə medianınyenilənən texnoloji trendlərə uyğunlaşması, informasiyanın qlobalmiqyasda sürətli dövriyyəsi şəraitində jurnalistlərin peşəkarməsuliyyəti, süni intellektin tətbiqi ilə yaranan etik çətinliklərvə yeni nəsil media istehlakı modelləri kimi məsələlər təhliledilib. Bildirilib ki, peşəkar jurnalistika prinsiplərinəsadiqliyin qorunması, məsuliyyətli media fəaliyyətinin təşviqedilməsi, habelə üzv ölkələr arasında koordinasiyalı fəaliyyətingücləndirilməsi D-8 məkanında informasiya təhlükəsizliyinin təminolunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
27
1
az.trend.az

2Mənbələr