Azərbaycanın qadınlardan ibarət futbol üzrə milli komandası Banqladeşdə təlim-məşq toplanışında olacaq.

Offsideplus.az xəbər verir ki, toplanış noyabrın 24-dən dekabrın 3-nə qədər davam edəcək.

Yığmamız Dəkkə şəhərində "FIFA Tri Nations Women"s Football Series 2025" turnirində Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.

Milli komandamız noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş ilə Milli Stadionda qarşılaşacaq.

Turnir üçün açıqlanan heyət isə belədir:

N. Ad/Soyad Klub
1 Aytac Şərifova Yüksekova (Türkiyə)
2 Günay İsmayılova Neftçi
3 Mehriban Şahməmmədova ALG Spor (Türkiyə)
4 Nigar Mirzəliyeva Zenit (Rusiya)
5 Jalə Məhsimova Yüksekova (Türkiyə)
6 Kamilla Məmmədova Yelimay (Qazaxıstan)
7 Ayşən Əhmədova Amed Spor (Türkiyə)
8 Alina Nəhmədova Neftçi
9 Aysun Muradova Haymana Spor (Türkiyə)
10 Nərgiz Hacıyeva Aktobe (Qazaxıstan)
11 Yeliz Acar Beşiktaş (Türkiyə)
12 Aydan Həsənova Neftçi
13 Manə Mollayeva Neftçi (Azərbaycan)
14 Fidan Cəfərova Hakkarigücü (Türkiyə)
15 Peritan Bozdağ Fənərbağça (Türkiyə)
16 Vüsalə Seyfəddinova Neftçi
17 Firəngiz Teymurova Neftçi
18 Vüsalə Hacıyeva Yüksekova (Türkiyə)
19 Esra Manya Beşiktaş (Türkiyə)
20 Kristina Bakarandze Liman
21 Coşqunə Əliyeva Neftçi
22 Sevinc Cəfərzadə Yüksekova (Türkiyə)
23 Röya Əliyeva Neftçi