AZ

Alaba “Bavariya”ya qayıdır? - idman direktoru açıqladı

“Bavariya”nın idman direktoru Kristofer Froynd David Alabanın kluba qayıtması ilə bağlı suala cavab verib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sport" Froyndun dediklərini belə çatdırıb.

“Alabanın ‘Bavariya’da keçirdiyi illər klub üçün inanılmaz dərəcədə əhəmiyyətli olub. O, həm möhtəşəm insan, həm də ağıllı biridir. Oyunçu karyerasını başa vurduqdan sonra da düzgün yolda olacaq. Hələ bir müddət oynamaq və Avstriya millisinin heyətində dünya çempionatında çıxış etmək istəyir. Qayıtması ilə bağlı isə hələlik konkret planlarımız yoxdur.”

Qeyd edək ki, 33 yaşlı Alabanın “Real”la mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub. “Bavariya” Almaniya çempionatında liderdir və ikinci pillədəki “RB Leypsiq”dən altı xal irəlidədir.

Seçilən
27
90deqiqe.az

1Mənbələr