AZ

Hadisə şahidi olan tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı

Bakı.Trend:

“Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağıdüşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alovətrafı bürüyəcək”.

Bu fikirləri Trend-ə açıqlamasında dünən axşam saatlarında Bakışəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verənçoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzədeyib.

O, qeyd edib ki, evi binanın 12-ci mərtəbəsində yerləşir:

“Hadisə baş verəndə 5-ci mərtəbəyədək özümüz düşdük, daha sonratüstüdən heç yeri görə bilmədik. Sonra geriyə - yuxarıqayıtdıq”.

Sakin bildirib ki, evin qapısını yaş dəsmallarla izolyasiyaediblər.

“Yanğının mənbəyi restoran olub. 2010-cu ildən binada yaşayıram.“Loft” restoranı 2 il öncə burada açılıb. Restoran sahini binayaməxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəztəşkil edib. Yanğın təhlükəsindən əlavə, hər gün 5-ci mərtəbəyəqədər səs-küy, musiqi gəlir”.

H.Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibridmaşınların elektrik doldurma dayanacağını quraşdıraraq generatoruzirzəmidə yerləşdirib.

“3 gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restoranamüraciət etdikdə adamı döyüblər”.

Məqalədə:
Seçilən
107
4
az.trend.az

10Mənbələr