Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.
NOCOMMENT.az xəbər verir ki, mərhumun qızı Ləman da yanğında xəsarət alıb. O, hazırda xəstəxanada həkim nəzarətindədir. Bu haqda rejissor Səidə Haqverdiyeva məlumat yayıb. O bildirib ki, Ləmanın durumu ağırdır:
“Xəstəxanadan gəlmişəm… Çox pərişanam. Könülü itirməyin ağrısı içimdədir, amma ən böyük narahatlığımız Ləmandır. O, hazırda ölümlə mübarizə aparır. Könülün tək balası, yadigarı 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasındadır, vəziyyəti ağırdır. Xahiş edirəm, Ləman üçün dualarınızı əsirgəməyin”.
Aparıcı Xədicə Sənanqızı ilə paylaşımında “Ləman üçün dua edin. O hazırda xəstəxanada həyatla mübarizə aparır. Allah onu bizə bağışlasın, canına qüvvət versin” sözlərini yazıb.