
Azərbaycan Yazıçılar Birliyindən (AYB) saytımıza verilən məlumat əsasən, A.Buzovnalı bu gün saat 16:30-da Məşədi Qərib məscidindən son mənzilə yola salınacaq.
O, Buzovnada “Xrustalnı” adlanan qəbirstanlıqda dəfn olunacaq.
***
Şair, qəzəlxan Arif Buzovnalı (Arif Əliyev) vəfat edib.
AFN.az xəbər verir ki, bununla bağlı APA-ya mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o bu gün yaşadığı evdə uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, A.Buzovnalının 53 yaşı var idi.