AZ

Papaqları hərracda satılacaq

Keçmiş yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmədovun məşhur papaqları teleqram platformasında hərracda satışa çıxarılacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə messencerin qurucusu Pavel Durov məlumat yayıb.

“Həbibin əfsanəvi papaqları ənənələri, azadlığı və hörməti simvolizə edən kolleksiya nümunələridir. Məğlubedilməz çempionun özü deyir: “Bəzi hədiyyələr təkcə dəyər daşımır, həm də mənaya malikdir”, - o qeyd edib.

Xatırladaq ki, Nurməhəmədov son dəfə 2020-ci ilin oktyabrında oktaqona çıxmış, ikinci raundda boğucu fəndlə Castin Qeycini məğlub etmişdi. Onun MMA karyerasındakı nəticəsi isə 29-0-lıq məğlubiyyətsiz rekordla yadda qalıb.

"Cebheinfo.az"

Seçilən
139
1
cebheinfo.az

2Mənbələr