AZ

İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan qələbə qazandı

"Hər bir ölkənin taleyində təhlükəsiz və liderlik məsələsi həlledici rol oynayır. Dövlətin iqtisadi imkanı, beynəlxalq mövqeyi milli təhlükəsizliyi çox mühüm amildir. Lakin bunu həyata keçirən bir bacarıqlı, qətiyyətli bir lider olmaq çox mühüm məsələdir".

Bu sözləri Milli Məclisin deputatı, tanınmış politoloq Arzu Nağıyev Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, 44 günlük müharibədə qələbədə biz bir daha əmin olduq ki, cənab prezident İlham Əliyevin qətiyyəti, eyni zamanda liderlik təcrübəsi çox mühüm əhəmiyyət kəsb edən amildir.

"Bu Azərbaycan nümunəsi kimi dünya ölkələrinə də sübutdur. 30 illik işğal dövründə Azərbaycan haqq səsini beynəlxalq müstəvilərə çatdırmasına baxmayaraq və bir sıra birləşmiş millətlər təşkilatının qətnamələrini yerinə yetməməsi bu Azərbaycanın məhz mövqeyini ortaya qoydu. Azərbaycan hərbi yolla proseslərin hamısında qalib çıxan bir dövlət oldu. Azərbaycan işğaldan torpaqları azad etdi.

Cənab prezidentin də siyasətində əsas istiqamət dövlətimizin suverenliyi, ərazi bütövlüyü, onun qorunması rəşadətli bir ordunun yaradılması bütün milli sərvətimiz olan xalqımızın bir yerdə birləşdirilməsi idi. Təbii ki özü bir lider olaraq bu müharibədə apardığı həm Ali baş komandan kimi qətiyyəti, eyni zamanda informasiya müharibəsi 4 dildə verdiyi açıqlamalar haqq səsini dünyaya ucaltmaqdan ibarət idi.

Düşünürəm ki bu çox mühüm bir əhəmiyyət kəsb edir. Baxmayaraq ki, Azərbaycanı sevməyən qüvvələr müxtəlif versiyalar irəli sürür. Lakin bunun hamısı absurd məsələlərdir. Azərbaycan bu gün gündən-günə güclənən dövlətdir.

Bununda başında məhz cənab prezident İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət durur. Müharibədən sonra yaranmış həssas təbəqəyə qarşı olan münasibət eyni zamanda birinci vitse prezident Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti humanitar addımlarla bağlı atdığı hər bir istiqamət, bir daha özünü göstərdi.

Əsas məqamlardanda biri bu gün güclü karizmatik liderə malik olan dövlət tək rəhbər, tək cənubi Qafqazda deyil, regionda çox mühüm addımlar atır. Bunun son bariz nümunəsi kimi Türk Dövlətləri Təşkilatında Azərbaycanın yeri, müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunması, hətta Amerika Birləşmiş Ştatlarının rəhbərliyi tərəfindən qətiyyətli bir lider kimi qəbul edilməsidir", - deyə A.Nağıyev vurğulayıb.

Seçilən
7
1
far.az

2Mənbələr