AZ

Ötən ay Türkiyəyə gələn xarici turistlərin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabr ayında Türkiyəyə gələn xarici turistlərin sayında artım müşahidə olunub.

Banco.azxəbər verir ki, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında verdiyi açıqlamada bildirib ki, xarici ziyarətçi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,32% artaraq 5 milyon 683 min 717 nəfərə çatıb.

Açıqlamaya əsasən, oktyabr ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında Almaniya və Rusiya Federasiyası ilk iki sıradakı yerini qoruyub, Birləşmiş Krallıq isə üçüncü yerdə qərarlaşıb. Almaniyadan gələn ziyarətçilərin sayı 6,20%, Rusiyadan gələnlərin sayı isə 11,44% artıb.

İlin ilk on ayında ümumi ziyarətçi sayı 55 milyon 676 min 237, xarici ziyarətçi sayı isə 47 milyon 252 min 314 nəfər olub.

Bu ziyarətçilərin 96,20%-i ölkəni mədəniyyət, səyahət və istirahət məqsədi ilə seçib.

2025-ci ilin sentyabr ayında Türkiyəyə gələn xarici ziyarətçi sayı əvvəlki aya nisbətən 2,1%, illik müqayisədə isə 0,5% artaraq 6,09 milyon nəfərə yüksəlmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
23
1
banco.az

2Mənbələr