İspaniya La Liqasının 13-cü turunda “Barselona” “Atletik Bilbao”nu qəbul edib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi rəqibini 4:0 hesabı ilə məğlub edib.
Oyunda Ferran Torres dubla imza atıb. Robert Levandovski və Fermin Lopes isə hərəyə bir qol vurublar.
Qeyd edək ki, bu matç yenilənmiş “Kamp Nou”da 909 gündən sonra keçirilən ilk oyundur.