AZ

İranda DƏHŞƏTLİ yanğın: Türkiyədən yardım istədi, təyyarə göndərildi

İranın şimalındakı Hirkani meşələrində günlərdir davam edən genişmiqyaslı yanğın Mazandaran əyalətinin Elit dağ silsiləsində yenidən başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə İranın kənd təsərrüfatı nazirinin müavini və Təbii Sərvətlər Təşkilatının rəhbəri Rza Eflatuni məlumat yayıb.

O bildirib ki, bölgənin çətin reylefli olması yanğının söndürülməsində çətinlik yaradır:

"Yanğının idarə olunması üçün beynəlxalq dəstək istəyirik. Türkiyə ilə danışıqlar aparıldı və iki yanğınsöndürmə təyyarəsinin İrana göndərilməsi ilə bağlı razılıq əldə olundu”.

 

Mənbə/Axar.az 

Seçilən
23
8
hurriyyet.az

10Mənbələr