Mingəçevirdə 11-ci sinif şagirdi bıçaqlanıb.
Moderator.az-ın məlumatına görə, hadisə axşam saatlarında Nizami küçəsində baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü şəhər sakini Sarıyev Elman Etibar oğlu naməlum şəraitdə kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alıb və dərhal xəstəxanaya çatdırılıb Yaralı oğlan 17 saylı şəhər orta məktəbinin 11-ci sinif şagirdidir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, 17 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.